
Nəqşicahan İnşaaat MMC Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərir. Nəqşicahan İnşaat Məhdud Məsuliyyətli Cəmiyyətin fəaliyyəti aşağıdakı sahələri əhatə edir.
- Layihələndirmə və tikinti – quraşdırma
- Metal profillərin istehsalı zavodu
- Metaləritmə zavodu
- Polyester maddədən ibarət materialların istehsalı zavodu
- Penoplast maddədən ibarət tikinti materiallarının istehsalı zavodu
- Şüşə və şüşə məmulatları zavodu
- Plastik və alüminium qapı-pəncərə istehsalı sexi
- Reklam sexi
- Nəqliyyat və texnika
- Layihələndirmə və tikinti – quraşdırma
İnzibati, yaşayış və qeyri yaşayış binalarının layihələndirilməsi, tikintisi, təmiri, binaların restavrasiyası və bütün növ inşaat işləri, bina fasadlarının üzlənməsi, su və kanalizasiya təchizatı sistemlərinin işlənməsi, landşaft işlərini həyata keçirir.
- Metal profillərin istehsalı zavodu
Müxtəlif ölçüdə metal boru və profil, alüminium U və C tipli profillərin, eləcədə dam örtüyü üçün şiferlərin istehsalını həyata keçirir.
- Metaləritmə zavodu
Metallurgiya sahəsi (qara və əlvan metalların əridilməsi, dekorativ döymə və tökmə güllər, dəmirçi-qaynaq işləri, hər növ qəliblərin hazırlanması, işıq dirəkləri, lyuk qapaqları, su dəyirmanları və s.), eləcədə heykəltaraşlıq işləri həyata keçirir.
- Polyester maddədən ibarət materialların istehsalı zavodu
Tikinti – quraşdırma işlərində istifadə olunan polyester üzlüklərin, eləcədə müxtəlif dekorativ məhsulların (suvenirlər, gül qabları, mətbəx dəzgahları, landşaft elementləri və s.) istehsalını həyata keçirir.
- Penoplast maddədən tikinti materiallarının istehsalı zavodu
Müxtəlif növ interyerdə, eksteryerdə istifadə olunan üzlük və dekorativ, eyni zamanda izolyasiya məhsullarının istehsalını həyata keçirir. Əldə olunan məhsullar beynəlxalq normalara tam cavab verir.
- Şüşə və şüşə məmulatları zavodu
İnzibati və yaşayış evlərində qapı və pəncərələr üçün , eləcədə dekorativ olaraq hər növ şüsə kəsimi və naxışların vurulması, temperli şüşələrin hazırlanması işlərini, eyni zamanda müxtəlif ölçülü duş kabinlərin istehsalını və quraşdırılmasını həyata keçirir.
- Plastik və alüminium qapı-pəncərə istehsalı sexi
Plastik, alüminium materiallardan istənilən növ qapı və pəncərələrin, vitrajların, qış baxçalarının istehsalını və quraşdırılmasını həyata keçirir.
- Reklam sexi
İnzibati binalarin, ticarət və iaşə obyektlərinin üzərilərində müxtəlif növ reklam – təribat işlərinin aparılmasını, eyni zamanda baner üzərində çap, lazer kəsimi işlərini həyata keçirir.
- Nəqliyyat və texnika
İstənilən növ qazıntı işlərinin aparılmasını, şəhərlərarası yüklərin daşınmasını həyata keçirir.
Ünvan: AZ7000, Naxçıvan şəhəri, Cəlil Məmmədquluzadə küçəsi 20
Telefon: +99436 550 07 77, +99460 204 01 94
Email: [email protected]
web: www.neqsicahaninsaat.az
İnstagram: neqsicahan_insaat
Facebook: Nəqşicahan İnşaat