Arşivler
Kategoriler
Sahibkarların iştirakı ilə hər il “Partners & Business” layihəsi çərçivəsində konfrans və sərgi təşkil edirik. Tədbirin keçirilməsində əsas məqsədimiz Azərbaycandakı sahibkarlar arasında iş birliyinin artması, işgüzar əlaqələrin genişlənməsidir. Ümid edirik ki, Azərbaycan iqtisadiyyatının ayrı-ayrı istehsal və xidmət sektorunda fəaliyyət göstərən sahibkarlar arasında bu tədbir vasitəsilə geniş əlaqələr qurulacaq və inkişafa doğru daha da ciddi addımlar atılacaqdır. Şirkətimizin inkişafının ölkədəki sahibkarlıq subyektIərinin inkişafından asılı olduğunu başa düşərək fəaliyyətimizi də bu məqsəd üzərində qurmuşuq.
Hər il odluğu kimi bu ildə 16, 17, 18 iyun tarixlərində “Kristal Hall” mətbuat zalında yerli məhsulların və xidmətlərin tanıdılması məqsədi ilə “Partners and Business” sərgisi və konfransı keçiriləcək. Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası, Dövlət Məşğulluq Agentliyi və “Marsol” MMC-nin birgə təşkilatçılığı ilə keçiriləcək sərgidə sənaye, kənd təsərrüfatı, qida, İKT, təhsil, inşaat, logistika və s. sahələrdə yerli şirkətlər tərəfindən idxal və istehsal olunan məhsul və xidmətlər təqdim olunacaq.
3 gün davam edəcək konfrans hissəsində 2000-ə yaxın sahibkarın iştirakı və panel müzakirələr nəzərdə tutulur.
Ümumilikdə, sərgidə 200-ə yaxın şirkətin və 10.000 ziyarətçinin iştirakı nəzərdə tutulur. Sərginin təşkilində məqsəd Azərbaycan şirkətlərinin daha geniş tanıdılması, bazarlara çıxış imkanlarının genişləndirilməsi, yerli şirkətlər arasında biznes tərəfdaşlığının inkişaf etdirilməsi, yeni əməkdaşlıq əlaqələrinin qurulmasıdır.