“AGROUP REGİON” MMC

“EVİAR” MMC
Mayasız əsl çovdar çörəkləri istehsalçısı İvanovka Çörək Zavodunun əsası 2013-cü ildə “EVİAR” MMC tərəfindən qoyulub. Şirkət ənənəvi resepturaya ciddi şəkildə riayət edərək müasir avadanlıqlarla 7 adda 10 çeşid çörək və 3 adda 3 çeşid un məmulatı istehsal etməkdədir. Günlük 15 ton çörək istehsalı qabiliyyətli zavod İsmayıllı rayonunun İvanovka kəndində fəaliyyət göstərir. İvanovka Çörək Zavodunun istehsal etdiyi çörəklər
“İVANOVKA” ticarət markası adı ilə Azərbaycanın müxtəlif regionları və paytaxt Bakı şəhərinin əksər dükanlarında satışdadır.
İvanovka Çörək Zavodunun mayasız çovdar çörəkləri sağlam həyat tərzi keçirmək istəyənlərin seçimidir.
Telefon : +994 51 250 15 13
E-mail: [email protected]
“AGROUP REGİON” MMC
“AGROUP REGİON” MMC 2019-cu ildən Azərbaycanın kənd təsərrüfatı sektorunda aktiv şəkildə kənd təsərrüfatı, aqrotexniki xidmət göstərən şirkətdir. Şirkət atsenalında olan Almaniya, ABŞ, İtaliya və Türkiyə istehsalı kənd təsərrüfatı texnika, aqreqat və qoşquları ilə Azərbaycanın müxtəlif bölgələrində müxtəlif hüquqi və fiziki şəxslərə, fermerlərə aqrotexniki xidmət göstərib. “AGROUP REGİON” MMC ilə əməkdaşlıq etmiş və xidmət almış təsərrüfat sahibləri bu müddət ərzində yüksək məhsuldarlıq əldə etmişlər.
“AGROUP REGİON” MMC-nin fəaliyyət istiqamətləri aşağıdakı kimidir:
- Aqrotexniki xidmət
- Kənd təsərrüfatı üzrə laboratoriya xidməti
- Aqronom xidməti
- Kənd təsərrüfatı texnikaları ilə bağlı məsləhət xidməti
“AGROUP REGİON” MMC hər daim Azərbaycan fermerinin yanındadır!
Telefon : +994 51 250 15 12
E-mail: [email protected]