“Caspian Exspress Co” MMC

“Caspian Exspress Co” MMC şirkəti 10 ildən artıq müddətdir ki, Azərbaycanda və regionda başda polimer sahəsi olmaqla bir neçə sənaye sahələrində fəaliyyət göstərmiş istehsal sahələrinin və zavodların əsasını qoymuş və idarəetməsini təmin etmiş həmçinin iyirmiyə yaxın istehsal müəssisələrinin qurulmasında birbaşa iştirak etmişdir. Eyni zamanda eyni istehsal müəssisələrini xammalla təchiz və satış strategiyalarının müəyyənləşməsində birbaşa rol oynamışdır.
Hazırda Caspian Exspress Co şirkətinin tərkibində yaradılmış “Mould Plast EKO” MMC şirkəti fəaliyyət göstərir. Bu şirkət həm qəliblərin, həm də müxtəlif çeşidlərdə plastik məhsulların kütləvi istehsalı sahəsində ixtisaslaşıb. Beləliklə, yeni yaranmış bu müəssisə bir-birinə yaxın olan qəlibçilik və injeksion (təzyiq dəzgahı) sahələrini bir dam altında birləşdirdi.
Nəticə olaraq Azərbaycanda istehsal sahələrində artıq öz dəsti-xətti ilə seçilən Caspian Exspress Co. MMC şirkətinin eyni zamanda ölkə iqtisadiyyatında istehsalat və ixracat üçün böyük xidmətləri vardır. Bunula birlikdə ölkənin gələcəkdə istehsal gücünün artırılmasında və neftdən asılılığının azaldılmasında birbaşa iştirak etməyi planlaşdıran şirkət Azərbaycanın regionda və dünya bazarında layiqincə təmsil olunması üçün üzərinə düşən vəzifələri maksimum şəkildə yerinə yetirir.
Xidmətlərimiz
1 Avadanlıqların təşkili
2 İstehsal müəssisələrinin qurulması
• Konsept planın hazırlanması
• Konsept plana əsasən avadanlıqların və digər bütün təchizatların yerləşmə planının cızılması
• Avadanlıqların texniki təyinatının hazırlanması
• İstehsal gücünün müəyyən edilməsi əsasında avadanlıqların və digər təchizatların seçilməsi
• Avadanlıqların və digər bütün təchizatların sifarişi, daşınması
• Avadanlıqların yerləşmə planına uyğun olaraq istehsal xəttinin quraşdırılması
• Digər yan təchizatların montajı
• Quraşdırılmış istehsal xəttinin yoxlanışı