Knexel

Knexel Technologies şirkəti 10 ildən artıqdır ki, fəaliyyət göstərir və geniş çeşidli IT xidmətlər təklif edir: IT infrastrukturun yaradılması və fasiləsiz işinin təmin edilməsi, xüsusi proqram təminatının və innovativ texnoloji qurğuların hazırlanması, həmçinin avadanlıq təchizatını təmin edir.
Proqram təminatı xidmətlərinə biznes ideyanın planlaşdırılması, dizayn və kodlaşması, layihə sonrası texniki dəstək daxil olmaqla bütün etapları daxildir
Texnoloji qurğuların hazırlanması üzrə təcrübəmiz, sadə bir cihazdan başlayaraq bulud texnologiyalarını da özündə birləşdirən kompleks həlləri əhatə edir.
Knexel Technologies şirkətlərə IT Konsaltinq və Audit, IT Autsorsinq xidmətlər təklif edir. Peşəkar mühəndis komandamız kompüter və periferiya qurğuları, təhlükəsizlik sistemləri, server və şəbəkələr avadanlıqları daxil olmaqla bütöv IT infrastrukturun qurulması və 7/24 idarə olunmasını tamamilə öz üzərinə götürür.